Aytən Eyvazon
Çox çox zaman əvvəl qədim Deyləmdə Fatma adında
zəhmətkeş və dindar qadın yaşayırdı. Bu qadın həm zəhmətkeş, həm mübariz, kişi
xislətli qadın idi. Kənddə hər kəs onu tanıyır, ona hörmət edərdilər. Kənd qadınları
nə dərdləri oldu, onun yanına gələrdilər. Qonşuluqda yaşıyan bəzi qadınlar ona
paxıllıq edər, onunla hər bir işdə rəqabətə girərdilər. Qadının əri bazarda
ticarətlə məşğul olardı. Yaxşı pis günlərini keçirir, dolanırdılar.
- "Baş üstə"
Qadın ərinin bu xəbərindən sonra hazırlıqlara başlayır.
Evdə təmizlik işləri görür, evin divarlarını yenidən ağardır, bu möhtərəm qonağın
gəlişinə həvəslə hazırlıqlar görür.. Bundan xəbər tutan qonşu qadın cəld evinə
gedir. Ərinin yanına gəlib ona təkid edir ki, nə olur olsun sən gərək həmin
alimi bizim qonşudan qabaq qonaq edəsən. Qadın o qədər danışır ki, axır əri əlacsız
qalıb həmin alimin ziyarətinə gedir. Uzun uzadı təkiddən sonra alim onlara
qonaq getməyə razı olur. Kişi gəlib arvadına deyir ki, ay arvad hazırlıq gör axşam
qonağımız olacaq. Qadın bu xəbərə çox sevinir. Tez axşama hazırlıq görür. Həyətində
olan ən böyük toyuğu kəsir. Plov bişirir. Əlqərəz axşam alim gəlir onlara qonaq
olur. Bir az oturub evinə qayıdır. Qonşu qadın səhər Fatma xanımın yanına
gedir. Bu vaxt Fatma xanım axşam gələcək qonağı üçün bişirməyə fərələr seçirdi.
O cücələrin içindən üç cavan fərəni seçdi. Qonşu qadın bunu görüb istehza ilə
dedi: -ay Fatma sən bu nöyük qonağın üçün bu cücələri kəsəcəksən?
-bəli.
- Axşam bu böyük alım bizim evdə qonaq oldu,
onun üçün həyətimdə ən böyük toyuğu kəsdim. Həm üç cücə kəsməyi heç məsləhət
görmürəm. O boyda hazırlıqlar gördüm, toyuğu butov qızardıb alimin qabağına
qoydum, amma o bir neçə tikə düyü yeyib yeməyini bitirdi. Sizdədə heç nə yeməz.
Bir cücə bəs edər, kəsib onları zay etmə.
- Ay qonşu məgər hədisi eşitməmisən ki, Hz Əli
deyib yaşlı toyuq əti donuz əti kimidi, ən yaxşı ət təzə uçmağı öyrənən cücənin
ətidir?
Qonşu qadının rəngi ağardı. Bilmədi nə cavab
versin. Yenə ozünü sındırmayıb dedi: - görərsən qonağın heç cücə ətinidə yemiyəcək.
- Bu gün mənim qonağım doyunca yeyib, razı gedəcək.
Axşam olur, böyük alım Fatma qadın gilə qonaq gəlir.
Qadının əri möhtərəm qonağı hörmətlə salamlayır, içəri dəvət edib otururlar.
Bir az sonra qadın süfrə sərir, onları süfrəyə dəvət edir. Qadının əri, alimlə
gəlib süfrəyə otururlar. Qadın süfrəyə
evdə olan hər bir nemətdən düzmüşdü. Xurma, təzə bişmiş təndir çorəyi,
plov və səhər kəsdiyi cücələrdən birini qızardıb süfrəyə düzmüşdü.
Bir süfrədə yan otağda uşaqları üçün salmışdı. Üşaqları
üçün süfrəyə o qədər yemək qoymuşdu ki,qoy onlar doyunca yesin. Özüdə süfrəni
elə yerdə salmışdı ki, qoy alım uşaqların yemək yediklərini görə bilsin. Sonra
hamı oturub yemək yeməyə başlayır. Qadın pərdə arxasından baxır ki, alım yeməyə
toxunmur. Fikrə gedir. Nəyi unutduğunu yadına salmaq istəyir. Birdəm nəzəri
alimə sataşır. Alim onların eyvanının pəncərəsindən qonşuluqda olan evinə tərəf
baxırdı. Qadın barmağını dişləyir. Tez gedib bir qazan yemək töküb alimin evinə
gedir, yeməyi onlara verib qayıdır. Gəlib uşaqlarının yanında oturur. Birdə baxır
ki, alım böyük iştahla yeməkdən yeyir. Qadın buna çox sevinir.
Şam yeməyindən sonra alim bir az onlaarda
oturur, söhbət edir, sonra xeyir dua edib evinə getməyə hazırlaşır. Qapıda
onlarla sağollaşarkən gülümsəyib deyir: "Bu gün mən doyunca yemək
yedim" Sonra onlarla sağollaşıb evinə gedir. Qonağının razı getməsi Fatma
xanımı çox sevindirir.

Комментариев нет:
Отправить комментарий