Cəlilov Rafiq
“Tolışon Sədo” qəzetinin baş redaktoru.
Və ya “Lerikə salam”
Dekabrınn 22-si şəhri-Lerikə
gedəsi olduq, elə dekabrın 22-si də qayıtmalı idik. Lakin Lerik şəhərinin
yuxarı məhlələrindəki buz bağlamış keçilməz yollar bizim geri qayıtma planımızı
pozdu.
Əlqərəz “gecənin xeyrindənsə gündüzün şəri yaxşıdır” məsəlini rəhbər
tutaraq gecə Lerikdə qalası olduq. Tezdən köməyə qoşqu maşını çağırıb, bir təhər
bənd olduğumuz yerdən çıxa bildik. Lerikin üst məhlələrindən İcra Hakimiyyətinə
düşən, buz bağlamış və sürüşkən yoldakı “sərgüzəştlərimiz” haqqında uzun-uzadı
yazıb, oxucunu yormaq istəmirəm.Bircə onu qeyd etmək kifayətdir
ki, adrenalin həvəskarları dünyanın müxtəlif ölkələrinə “azarlarını öldürmək
üçün” səyahət etməkdənsə, elə şəhri-Lerikə getsələr, kifayədir.
Şəhərin əsas küçələri (İH-nin
qarşısı, Polis İdarəsinin qarşısı və bu idarələri biri-biri ilə birləşdirən küçələr,
avtovağzala bitişik yollar) qardan təmizlənsələr də, digər küçələr nəinki
qardan təmizlənməmişdilər, əksinə, gecənin şaxtasından sonra bir az da
buzlaşmışdılar.
İndi mən durub rayon icra hakimi, hörmətli Rövşən Bağırovdan
soruşsam ki, şəhərin küçələrini qardan təmizləməli olan idarə nə işlə məşğuldur,
deyəcək ki, şəhərin küçələrini qardan təmizləməklə, sonra mən bir az da irəli
gedib “dekabrın 15-dən sonra şəhri-Lerikə qar yağmayııb, biz isə bu şəkilləri
dekabrın 23-də çəkmişik, bu 8 gündə onlar bu küçələri niyə qardan təmizləməyiblər?”,
olacağıq pis adam.
Nə isə, bir şey aydındır: Lerikdə kim isə öz yerində deyil....


Комментариев нет:
Отправить комментарий